AZ

Prezident Kuboku : Bu gün daha 9 mükafat öz sahibini tapacaq

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Mingəçevir, 30 aprel, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026" beynəlxalq reqatasında bu gün növbəti yarışlar keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman mərkəzində təşkil olunacaq yarışlarda daha 9 mükafat öz sahibini tapacaq.

Avarçəkənlər 500, 1000 və 1500 metr məsafələrə mübarizədə qüvvələrini sınayacaqlar. Saat 10:00-da yarımfinal, 12:00-da isə final mərhələsi start götürəcək.

Qeyd edək ki, Azərbaycan Su İdman Növləri ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı əsasında keçirilən "Prezident Kuboku"nda ölkəmizlə yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Yarışın son 2 mərhələsi Mingəçevirdə keçiriləcək. Reqataya mayın 1-də yekun vurulacaq. Hələlik Azərbaycan millisinin aktivində 1 gümüş medal var. Ötən gün Suqovuşanda baş tutan yarışlarda Əli Murad Hacızadə 2-ci yeri tutub.

Müxbir - Elnur Salahov

Foto - Azər İbrahimov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
2
azertag.az

3Mənbələr