Xəbər verildiyi kimi, Bakıda iki nəfər dəm qazından zəhərlənib.
Bizim.Media Bakıvaxtı.az-a istinadən xəbər verir ki, Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Yusuf Mehmet oğlu Atalay və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü Təranə Mədxun qızı Bəkirova həmin ünvanın hamam otağında dəm qazından zəhərləniblər.
Hadisə nəticəsində Y.Atalay ölüb, T.Bəkirova isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Məlum olub ki, dünyasını dəyişən şəxs yaxın ətrafında “Qara Çapayev” ləqəbi ilə tanınıb. Sosial mediada qeyd edilən bəzi iddialara görə, mərhumun ötən il bəzi şəbəkələrdə başqa bir xanımla birlikdə qeyri-etik görüntüləri yayılıb. Bununla da o insanların qınağına məruz qalıb.
Məlumatlı mənbədən bildirilib ki, Yusuf Atalay uzun müddət ailəsindən kənardan yaşayıb.
Qeyd edək ki, sözügedən şəxsin “Tiktok”, “İnstaqram” hesablarında kəsici-deşici alətlərlə görüntüləri də yer alıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta