ABŞ Almaniyadakı Amerika qoşunlarının sayının azaldılmasını nəzərdən keçirir
Musavat.com xəbər verir ki, məlumatı ABŞ prezidenti Donald Tramp Truth Social hesabında paylaşıb: "ABŞ Almaniyadakı ABŞ qoşun kontingentinin azaldılması imkanlarını araşdırır. Tezliklə qərar veriləcək".
Qeyd edək ki, Almaniyadakı ABŞ kontingenti Avropada ən böyük kontingentdir. ABŞ Dövlət Departamentinin məlumatına görə, 2025-ci ilin dekabr ayında Almaniyada 36.436 aktiv xidmətdə olan hərbi qulluqçu yerləşdirilib.
Bundan əvvəl Tramp dəfələrlə Almaniya da daxil olmaqla, Avropadakı müttəfiqlərinin İrana qarşı əməliyyata dəstək verməməsindən narazılığını bildirib.
Musavat.com