Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kru” ABŞ Kubokunda 1/8 final oyununu keçirib.
Apasport.az xəbər verir ki, komanda I liqa təmsilçisi “One Knoxvill” ilə qarşılaşıb.
Oyun “Kolumbus Kru”nun böyükhesablı qələbəsi ilə başa çatıb – 4:1.
Nəriman oyuna start heyətdə başlayıb və sona qədər meydanda qalıb.
“Kolumbus Kru” bu qələbə ilə 1/4 finala yüksəlib.
"Neftçi" azarkeşlərinə görə ziyana düşdü - 13 min manat
AFFA İntizam Komitəsinin iclası keçirilib
Qəzənfər Abbasov: "Çempionluq şansımız az görünür"
AFFA rəsmisi "Barselona"nın oyununa təyinat alıb
Millimiz UEFA İnkişaf Turnirində iştirak edəcək