AZ

Tramp-Putin danışığı Kiyevi çətin vəziyyətə salıb: Zelenskiyə təzyiq artır?

ABŞ və Rusiya prezidentləri arasında baş tutan telefon danışığı Ukraynanın mövqeyini daha da çətinləşdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın sabiq müşaviri Oleq Soskin bildirib.

Onun sözlərinə görə, Vladimir Putinlə Donald Tramp arasında aparılan müzakirələrdən sonra Volodimir Zelenskinin mövqeyinə dair vahid qiymətləndirmə formalaşır. Soskin hesab edir ki, bu, rəsmi Kiyevə təzyiqlərin artmasına səbəb ola bilər.

Məlumata görə, danışıq Moskvanın təşəbbüsü ilə baş tutub və bir saat yarımdan çox davam edib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Vladimir Putin amerikalı həmkarına Qələbə Günü (9 May - red.) münasibətilə atəşkəs elan etməyə hazır olduqlarını çatdırıb. Tərəflər eyni zamanda münaqişənin gedişatını da müzakirə ediblər.

Xatırladaq ki, daha əvvəl Donald Tramp Zelenskinin kompromisə getmək istəməməsindən təəccübləndiyini deyib və onunla qarşılıqlı əlaqənin çətin olduğunu vurğulayıb.

Seçilən
76
39
publika.az

10Mənbələr