AZ

Macarıstan üçün 17 milyard avro blokdan çıxarılacaq?

Macarıstanın yeni lideri Peter Macyar Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen ilə görüş keçirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Macyar bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

 

"Avropa Komissiyasının rəhbəri ilə çox konstruktiv və məhsuldar görüşüm oldu. Biz razılığa gəldik ki, Macarıstan və macar xalqının ən qısa zamanda bir neçə min milyard forint məbləğində Aİ vəsaitini ala bilməsi üçün zəruri olan siyasi razılaşmanı bağlamaq məqsədilə Macarıstanın Baş naziri kimi (9 mayda vəzifəsinin icrasına başlayacaq - red.) mən 25 mayda Brüsselə qayıdacağam", - o yazıb.

 

Macyar bildirib ki, Avropa İttifaqı (Aİ) Macarıstanın milli maraqlarına zidd ola biləcək heç bir şərt irəli sürmür.

 

"Aİ vəsaitləri tezliklə Macarıstana daxil olmağa başlayacaq, bu da bizə Macarıstan iqtisadiyyatına təkan verməyə və işlək, eləcə də humanist bir ölkə üçün bütün zəruri olan hər şeyi təmin etməyə imkan verəcək", - o deyib.

 

Qeyd edək ki, Macarıstan 17 milyard avroya qədər vəsaitin blokdan çıxarılması ilə bağlı AK ilə aktiv danışıqlar aparır, bu vəsaitlərin ayrılması üçün Brüssel Budapeştdən təcili olaraq bir sıra sahələrdə, xüsusən də hüquq sistemində islahatların aparılmasını tələb edir.


Seçilən
44
6
senzor.az

7Mənbələr