AZ

“Hafka” ilə Qurban Qurbanov bir arada Foto

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Tanınmış iş adamı, “Bakı” FK-nın sabiq rəhbəri Hafiz Məmmədov (Hafka) və “Qarabağ”ın baş məşqçi Qurban Qurbanov idmançı Hacı Əliyevin doğum günündə bir araya gəlib.

“Qafqazinfo” xəbər verir ki, onlar məclisdə birgə foto çəkdiriblər.

Qeyd edək ki, Hafiz Məmmədov 2015-ci ildən sonra iş həyatında uğursuzluq yaşamağa başlayıb. Həmin vaxtdan sonra sahib olduğu şirkətləri itirməyə başlayıb. Böyük pay sahibinə çevrildiyi “Lans” klubu da əlindən çıxıb. Eyni zamanda “Bakı” klubu da fəaliyyətini dayandırıb. Hətta o, borclar səbəbindən məhkəmə qərarı ilə klubun Biləcəri qəsəbəsindəki böyük bazasını da itirib.

Həmin fotonu təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
14
qafqazinfo.az

10Mənbələr