"Bu həyatda məni yaşadan həyat yoldaşımdır. Məni saxlayan odur, uşaq kimi baxır. Ona bir şey olsa, yaşamaram. Allah ona can sağlığı versin".
Ölkə.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında 69 yaşlı Əməkdar artist Rəhman Rəhmanov doğum günündə istəklərindən danışarkən deyib. Aktyor həyata keçməyən arzularının olduğunu bildirib:
"Allah ömür versin, bir il də yaşayım, 70 illik yubileyimi keçirim. İnsan həmişə arzu ilə yaşayır. Biri həyata keçən kimi ikincisini arzulayır. Ömrüm vəfa etsə, ürəyimdə olan arzularımı yerinə yetirərəm".