AZ

Maldivə vizasız gedə biləcəyik

Maldivə

Raxshanda

Müəllif

Raxshanda

24 sentyabr 2025-ci il tarixində Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlar tamamlanıb.Ulusum.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.Bununla, sazişin müvafiq müddəalarına uyğun olaraq, sənəd 29 aprel 2026-ci il tarixində qüvvəyə minir.Sazişə əsasən, Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları və Maldiv Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər tərəfin dövlətinin ərazisinə daxil olmaq, oranı tərk etmək və ya tranzit keçmək, eləcə də giriş tarixindən etibarən 90 (doxsan) gündən artıq olmamaq şərtilə həmin ərazidə qalmaq üçün viza tələbindən azad edilirlər.Ulusum.az

Diqqət Çəkənlər

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Kamran Əliyev Mərakeşdə işgüzar səfərdədir

Eşqi Bağırov: Azərbaycanda 5 831 şagirdə qırmızı kart verilib

Seçilən
96
19
ulusum.az

10Mənbələr