AZ

Tramp nefti qaldırdı

“Blokada bombardmandan daha çox təsirli olur. Bu, onlar üçün daha pis olacaq. Onların nüvə silahı ola bilməz”, - deyə Tramp əlavə edib.

Tramp deyib ki, İran blokadanı aradan qaldırmaq üçün razılığa gəlmək istəyir: “Onlar barışmaq istəyirlər, blokadanı saxlamağımı istəmirlər. Blokadanı qaldırmaq istəmirəm, çünki onların nüvə silahına sahib olmasını istəmirəm”.

O əlavə edib ki, İranın neft anbarları və boru kəmərləri partlamağa yaxındır, çünki İran blokada səbəbindən neft ixrac edə bilmir.

ABŞ Prezidenti Donald Trampın çıxışından sonra neftin qiymətləri kəskin artıb. Bu açıqlama Yaxın Şərq münaqişəsinin yaxın perspektivdə həlli və ya Hörmüz boğazının yenidən açılması ehtimalını azaltdığı üçün, “Brent” markalı neftin fyuçersləri 8 faizdən çox artaraq bir barel üçün 120 dollara qədər yüksəlib, “Light” markalı neftin qiyməti isə 107 dolları ötüb. Bu, 2022-ci ilin iyunundan bəri ən yüksək göstəricidir.

Hazırda “Brent” markalı neftin bir bareli 118,03 dollara, “Light” markalı neftin bir bareli isə 107,97 dollara ticarət olunur.
Seçilən
41
1
azvision.az

2Mənbələr