AZ

Putinlə Tramp nələrdən danışıblar?

Rusiya və ABŞ prezidentləri arasında baş tutan bu telefon danışığı Trampın Ağ Evə qayıdışından sonra sayca 12-ci dir. Liderlərin əvvəlki telefon danışığı martın 9-da keçirilib.

- Çox yaxşı söhbətimiz oldu. Ümid edirəm ki, tez bir zamanda bir həll yolu tapacağıq. Putinə dedim ki, İran məsələsi ilə müqayisədə Ukrayna ilə müharibənin bitməsində iştirak etməyinizi daha çox istərdim. Çünki bu, bizim üçün daha vacibdir,- Tramp bildirib.

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı zamanı İkinci Dünya müharibəsində Qələbənin 81-ci ildönümü münasibətilə Ukraynada atəşkəs elan etməyə hazır olduğunu deyib. O, Trampa qarşı sui-qəsd cəhdini pisləyib və ona dəstəyini ifadə edib. Həmçinin ABŞ liderinin İranla bağlı atəşkəs rejimini uzatmaq qərarını düzgün hesab etdiyini bildirib, ABŞ-nin bu ölkəyə qarşı quru əməliyyatı keçirmək planını təhlükəli adlandırıb.

Rusiya tərəfi İran, Körfəz ölkələri, İsrail və ABŞ ilə fəal təmasları davam etdirmək niyyətini təsdiqləyib.

Donald Tramp öz növbəsində Ukraynadakı münaqişənin başa çatmasına gətirib çıxaracaq razılaşmanın tezliklə imzalanacağını düşündüyünü bildirib. O, İran və Ukraynadakı müharibələrin eyni qrafik üzrə bitə biləcəyini söyləyib.
Seçilən
67
50
azvision.az

10Mənbələr