AZ

Temu yerli bazarı çökdürür? Mağazalarda alıcı tapılmır

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakıda fəaliyyət göstərən bir çox ticarət mərkəzlərində son dövrlər durğunluq daha açıq hiss olunmağa başlayıb. Xüsusilə onlayn alış-veriş platformalarının geniş yayılması ənənəvi mağazalara ciddi təsir göstərir. Nizami rayonunda yerləşən “Lotos” ticarət mərkəzində də bir neçə sahibkarın mağazasını bağlaması diqqət çəkib. İddialara görə, buna səbəb aylıq icarə haqlarının artırılması və alverin zəifləməsidir. Sahibkarlar bildirirlər ki, əvvəllər satış hesabına xərclərini qarşılaya bilsələr də, hazırda “Temu” kimi platformalar səbəbindən alıcı sayı kəskin azalıb.İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, onlayn platformalar və bu platformalara tətbiq olunan vergi üstünlükləri ənənəvi ticarətə mənfi təsir göstərir:“Vətəndaşlar onlayn alış zamanı 300 dollara qədər məhsul gətirdikdə heç bir vergi ödəmirlər. Lakin sahibkar həmin vətəndaşa satmaq üçün məhsul idxal edərkən, hətta bir manatlıq belə olsa, vergi ödəmək məcburiyyətində qalır. Məhz bu fərq onlayn ticarətə verilən üstünlüyü daha da artırır və nəticədə ənənəvi ticarət ciddi çətinliklərlə üzləşir. Çünki həmin 300 dollarlıq məhsulu vergisiz gətirən vətəndaş əslində ənənəvi ticarətin potensial müştərisi ola bilərdi. Lakin bu müştəri onlayn ticarətə yönəlir. Bu baxımdan hökumət ənənəvi ticarətlə onlayn ticarət arasında yaranmış vergi uyğunsuzluğunu aradan qaldırmaq üçün operativ addımlar atmalıdır. Düzdür, bu dəyişikliklər qısa müddətdə vətəndaşlar arasında narazılıq yarada bilər”.O bildirib ki, hazırda onlayn idxal zamanı vergi tutulmur, ənənəvi idxalda isə vergi yükü 35-36 faizə qədər yüksəlir:“Bu isə iki ticarət kanalı arasında ədalətsiz və qeyri-bərabər qiymət rəqabəti yaradır. Məsələn, istehlakçı mağazadan alış edə biləcəyi halda, daha sərfəli olduğu üçün onlayn sifarişə üstünlük verir. Çünki mağazadan alarkən o, dolayı yolla 36 faizə qədər vergi ödəyir, onlayn idxalda isə bu öhdəlik yaranmır. Bu isə sağlam iqtisadi prinsiplərə uyğun deyil. Əgər rəqabət balansını qorumaq istəyiriksə, limitin aşağı salınması vacibdir ki, bazara mənfi təsirlər minimuma ensin”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
demokrat.az

1Mənbələr