AZ

İsrail “Sumud” gəmi karvanını Krit yaxınlığında dayandırmağa çalışır

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrailin hərbi donanması Qəzza istiqamətində hərəkət edən fəalların gəmi karvanının qarşısını almağa başlayıb.

Bizimyol.info xəbər verir ki, bu gəmilər Qəzzaya gedərək tətbiq olunan dəniz blokadasını pozmaq istəyirdilər.

Məlumata görə, “Sumud” adlanan bu karvan 58 gəmidən ibarətdir və hazırda Yunanıstana aid Krete adasının yaxınlığındadır. Yəni onlar hələ İsrail sahillərindən xeyli uzaqdadırlar. Bu, əvvəlki hallardan fərqlidir, çünki adətən belə gəmilər Qəzza sahillərinə yaxınlaşanda saxlanılırdı.

Ekspertlər hesab edir ki, İsrail bu dəfə gəmiləri daha erkən dayandırmaq istəyir ki, onlar blokada zonasına çatmasın və bölgədə gərginlik artmasın.

Əməliyyatın necə davam edəcəyi və tərəflərin nə edəcəyi hələlik açıqlanmayıb.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
bizimyol.info

1Mənbələr