AZ

Çin Avropa İttifaqına ultimatum verdi: Bu qanun dəyişməsə...

Avropa İttifaqının birlik daxilində sənayenin inkişafını nəzərdə tutan və mart ayında müzakirəyə təqdim etdiyi qanun Çin tərəfindən böyük nararızılıqla qarşılanıb.

Musavat.com xəbər verir ki, qanunun qəbulunda məqsədi strateji sektorlarda Avropa mallarına üstünlük verilməsini təmin etməkdir.

Sənəd aşağıdakı sektorlardakı dövlət satınalmalarını əhatə edir:

-avtomobil istehsalı (xüsusilə elektrik avtomobilləri);

-yaşıl texnologiyalar və bərpa olunan enerji;

-polad və alüminium sənayesi.

Brüssel həmçinin xarici investisiyalar üçün ciddi bir filtr yaratmağı planlaşdırır. 100 milyon avrodan çox olan hər hansı bir investisiya xüsusi nəzarətə məruz qalacaq. Bu, batareya istehsalına, günəş panellərinə və kritik xammal hasilatına aiddir.

Əsas bazar oyunçuları üçün çətin şərtlər

Pekin bazar liderləri üçün qaydalardan ən çox narahatdır. Əgər bir ölkədən olan bir şirkət müəyyən bir sənayedə qlobal bazarın 40 faizindən çoxuna nəzarət edirsə, Aİ ona xüsusi şərtlər tətbiq edəcək.

Bu cür istehsalçılardan aşağıdakılar tələb olunacaq:

-yalnız Avropa tərəfdaşları ilə birgə müəssisələr yaratmaq;

-texnologiyalarını tamamilə Avropa Birliyinə ötürmək;

-işçi qüvvəsinin ən azı 50 faizini Aİ vətəndaşlarından olmasını təmin etmək.

Çin rəsmi olaraq Aİ ölkələrindən yeni "Avropada istehsal olunub" qanununu ləğv etmələrini və ya əhəmiyyətli dərəcədə dəyişdirmələrini tələb edib. Pekin qanunun qəbul ediləcəyi təqdirdə sanksiyalar və iqtisadi təzyiqlə hədələyir. Brüsseldəki Çin Missiyasının ticarət və iqtisadiyyat nümayəndəsi Suo Penq bildirib ki, "Aİ üzv dövlətlərindəki Çin səfirlikləri Çinin şərhlərini və təkliflərini öz ölkələrinin hökumətlərinə çatdırıblar".

Diplomat vurğulayıb ki, Çin boş oturmaq niyyətində deyil,  cavab zərbəsi hazırlayır. O əlavə edib ki, əgər Aİ "bu cəzada israr etsə və Çin müəssisələrinə qarşı ayrı-seçkilik etsə", Pekin əks tədbirlərlə cavab verməyə məcbur olacaq.

Musavat.com

Seçilən
35
musavat.com

1Mənbələr