Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
QOL.az xəbər verir ki, mərhələnin hər iki matçı eyni saatda - Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Türkiyəli mütəxəssis Arda Turanın çaıışdırdığı Ukrayna "Şaxtyor"u final uğrunda mübarizədə İngiltərənin "Kristal Pelas" klubunu qəbul edəcək.
Digər görüşdə isə"Strasburq" (Fransa) İspaniyada "Rayo Valekano"nun qonağı olacaq .
Qeyd edək ki, yarımfinalın cavab görüşləri mayın 7-də keçiriləcək.
30 aprel
UEFA Konfrans Liqası
Yarımfinal, ilk oyunlar
23:00. "Rayo Valekano" (İspaniya) – "Strasburq" (Fransa)
23:00. "Şaxtyor" (Donetsk, Ukrayna) – "Kristal Pelas" (İngiltərə)