AZ

BAKIDA 40 MİNƏ BAĞ EVİ KİRAYƏ VERİLİR Fantastik qiymətlər + VİDEO

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Yay fəsli yaxınlaşdıqca, Bakıda bağ evlərinin kirayəsinə maraq artır. 

“AzPolitika” xəbər verir ki, “Xəzər TV”-nin bu mövzuyla bağlı reportajında bağ evlərinin fantastik qiymətlərə kirayə verildiyi bildirilir. Məlum olur ki, günü 300 manata, hətta ayı 40 min manata kirayə verilən evlər də var.

Reportajda bağ evlərinin qiymətinin yay aylarında 1.000 – 40.000 manat arasında dəyişdiyi deyilir. Ayı 40.000 manata kirayə bağ verənin də, onu götürənin də kimliyini bilmək əlbəttə ki, maraqlı olardı…

Qeyd olunur ki, qiymətlərin baha olmasına baxmayaraq, bağ evləri artıq indidən bron edilir. 1 000-1 500 manatlıq evlərə tələbat böyük olsa da, bazarda bu qiymət kateqoriyasında olan mənzillərin sayı azdır.

Reportajı təqdim edirik:

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
azpolitika.info

1Mənbələr