AZ

Yaz fəslində soyuq havanın səbəbi nədir?

Yaz fəslinin ikinci ayı başa çatsa da, havaların soyuq keçməsi cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olur. Son illər yaz aylarında müşahidə olunan sərin hava və temperaturun qəfil yüksəlməsi bəzi insanlar arasında “yaz fəslinin artıq sıradan çıxması” kimi fikirlərin yaranmasına gətirib çıxarıb.

 

Mövzu ilə bağlı Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev Pravda.az-a açıqlamasında bildirib ki, fəsillərin dəyişməsi zamanı bu cür hava şəraiti normal hal hesab olunur.

 

Onun sözlərinə görə, keçid dövrlərində əvvəlki və yeni fəslin əlamətləri bir-birini əvəz edə bilər: “Azərbaycanın, xüsusilə Bakı şəhərinin coğrafi mövqeyi elədir ki, əraziyə müxtəlif istiqamətlərdən doqquz fərqli hava kütləsi daxil ola bilir. Bu hava kütlələrinin hər biri özünəməxsus xüsusiyyətlər gətirir. Bakı şəhərinə bütün istiqamətlərdən sərbəst hava axınlarının daxil olması hava şəraitinin tez-tez dəyişməsinə səbəb olur”.

 

Mütəxəssis qeyd edib ki, Azərbaycanın yerləşdiyi ərazi mülayim və subtropik iqlim qurşaqlarının sərhədində yerləşdiyi üçün belə dəyişkən hava şəraiti təbii hesab olunur.

 

Aygün İbrahimli

Tarix: 30 Aprel 2026, 10:37   
Seçilən
66
50
pravda.az

10Mənbələr