AZ

Balakəndə ilk dəfə rəqs müsabiqəsi təşkil olunacaq

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Balakən, 30 aprel, AZƏRTAC

Balakən Rayon İcra Hakimiyyəti və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili, istedadlı gənclərin üzə çıxarılması məqsədilə “Rəqslərin sehri” adlı müsabiqə keçiriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqə iştirakçıları Azərbaycan xalq rəqsləri ilə yanaşı, müasir və dünya xalqlarının rəqslərini də təqdim etmək imkanı yaradılacaq.

May ayının 1-də keçirilməsi nəzərdə tutulan müsabiqənin I, II və III yerlərini tutan iştirakçılara təşkilatçılar tərəfindən diplom və xatirə hədiyyələri təqdim olunacaq.

“Rəqslərin sehri” adlı müsabiqədə yaşından asılı olmayaraq hər kəs iştirak edə bilər. Müsabiqəyə qeydiyyat Balakən şəhər Mədəniyyət Mərkəzində aparılır.

Müxbir - Rasim İslamoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
83
azertag.az

1Mənbələr