AZ

Vilayət Quliyev: “Qızımın ölümündə özümü həmişə günahkar görürəm”

“Qızımın ölümündə özümü həmişə günahkar görürəm. Bəlkə də yanımızda otursaydı, valideyn kimi ona deməsəydim ki, xaricdə ən yaxşı ali məktəbdə təhsil al, öz ürəyin istəyən işlə məşğul ol... Onsuzda Humay məndə həmişə yaşayacaq...”

 

Pravda.az xəbər verir ki, bu sözləri Azərbaycanın Bosniya və Herseqoviniyadakı səfiri Vilayət Quliyev RTV-də Ruhiyyə Əliyevanın təqdimatında yayımlanan “Qaranlıqda həqiqət” verilişində deyib.

 

V.Quliyev xatirəsini yaşatdıqlarını bildirib: “Mənə bu barədə danışmaq çətindir. Qızım Humay kiçik yaşlarından beynəlxalq qurumlarda, Dünya Bankında, uzun müddət Beynəlxalq Qırmızı Xaç Cəmiyyətində çalışmışdı. Biz fikirləşdik ki, ondan sonra qalan vəsaiti nəyə sərf edək və qərara gəldik ki, təhsil sahəsinə yönəldək. Daha sonra Fond yaradıldı. Bu fondun işlərinə mənim xanımım rəhbərlik edir. Artıq 4 ildir, bu Fond fəaliyyət göstərir. İndiyə qədər istər Azərbaycanda, istərsə də ölkə hüdudlarından kənarda, xaricdə istedadlı gənclərə təqaüd ayırır. Biz bunu Humayın xatirəsi qarşısında borcumuz sayırıq. Nə qədər həyatdayıq, bu işi görməyə çalışacağıq. İnsanlar həm Humayı unutmasınlar, həm də görsünlər ki, onun xeyirxah ənənələri ailəsi tərəfindən yaşadılır”.

 

Xatırlatma: Səfirin qızı Humay Quliyeva 2021-ci ildə vəfat edib. H. Quliyeva Azərbaycanlı Tələbələrin Avropa Forumunun (FASE) aktiv iştirakçılarından biri olub. O, bir sıra nüfuzlu qurumlarda çalışıb. BP, Dünya Bankı, “Financial Times”, Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq edib. V.Quliyev qızının ölümündən sonra Humay Quliyevanın adına Fond yaradıb.

 

Şəhanə Quliyeva

Tarix: 30 Aprel 2026, 11:12   
Seçilən
48
pravda.az

1Mənbələr