AZ

ABŞ hərbçiləri belə qidalanır FOTO

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

İrana qarşı əməliyyatlarda işitak etmək üçün Yaxın Şərqdə xidmət edən ABŞ Hərbi Dəniz Qüvvələrinin dənizçiləri sosial şəbəkələrdə yeməklərinin şəkillərini paylaşıblar.

Bölgədə yüksək stress altında xidmət edən dənizçilərin paylaşdığı şəkillərdə yemək porsiyalarının az olduğu görünüb.

Bir fotoda hərbçinin yalnız dörd dilim doğranmış ət və makaron,  digər fotoda isə iki bişmiş yumurta və bir az kartof püresi yediyi görünüb.

ABŞ Hərbi Dəniz Qüvvələri hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməsə də, sosial media istifadəçiləri əməliyyat bölgələrində xidmət edən əsgərlərə qarşı olan bu münasibəti tənqid ediblər.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
61
azpolitika.info

1Mənbələr