AZ

I Liqa: "Səbail" ilə "Baku Sportinq" ev oyununa çıxır

Bu gün Azərbaycan I Liqasında 24-cü tura yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, turun son günündə 2 matç keçiriləcək.

Hər iki görüş Bakıda baş tutacaq. 

Premyer Liqaya can atan iki komanda - "Səbail" ilə "Baku Sportinq" növbəti oyunlarını doğma meydanda keçirəcəklər. "Baku Sportinq" autsayder "Difai"ni qəbul edəcək, "dənizçilər" isə "Cəbrayıl"ı sınağa çəkəcəklər.

Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə "Mingəçevir" “Zaqatala”nı 7:1, "Şahdağ Qusar" isə MOİK-i 1:0 hesabı ilə məğlub edib, “Şəfa” – “Şimal” matçında isə qalib müəyyənləşməyib (0:0).

Azərbaycan I Liqası
XXIV tur
30 aprel

“Baku Sportinq” – “Difai”
Hakimlər: Mahmud Bağırzadə, Rəhman Aslanov, Aydın Baxşiyev, Səbuhi Bayramov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Buzovna qəsəbə stadionu, 16:30

“Səbail” – “Cəbrayıl”
Hakimlər: Elvin Bayramov, Kamran Bayramov, Vüqar Bayramov, Sənan Bayramzadə
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Törə Əhmədova
“Bayıl Arena”, 17:00

Seçilən
21
1
fanat.az

2Mənbələr