AZ

Banklar kreditlərdən nə qədər gəlir əldə edib?

Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu ilin yanvar-mart aylarında Azərbaycanda banklar müştərilərinə verdikləri kreditlər üzrə 1,081.4 milyon manat faiz gəliri əldə edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20,4% artıb.

Qeyd edək ki, aprelin 1-i tarixinə Azərbaycanda bankların kredit portfeli 30 milyard 290.3 milyon manat təşkil edib. Kredit portfelinin 16 milyard 214.8 milyon manatı biznes kreditlərinin, 9 milyard 490.9 milyon manatı istehlak kreditlərinin, 4 milyard 584.6 milyon manatı isə ipoteka kreditlərinin payına düşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
5
bakivaxti.az

6Mənbələr