AZ

Rusiya Qazaxıstana minnətdardır

Rusiya Ukrayna münaqişəsində Qazaxıstanın balanslı mövqeyinə görə minnətdardır. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Astanaya səfəri zamanı bildirib.

Redaktor.az bu haqda xarici KİV-ə istinadla xəbər verir.

"Ukrayna və ətrafındakı vəziyyəti müzakirə etdik. Qazaxıstanlı tərəfdaşlarımıza vəziyyəti başa düşdüklərinə və orada baş verənləri balanslı qiymətləndirdiklərinə görə minnətdarıq. Bilirik ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də daxil olmaqla, bu qiymətləndirmələr müxtəlif beynəlxalq tədbirlərdə müntəzəm olaraq təqdim olunur", - deyə diplomat bildirib.

Aytəkin TOFİQQIZI

Seçilən
57
1
redaktor.az

2Mənbələr