AZ

Türkiyənin turizm gəlirləri 4,2% artıb

Türkiyə Statistika Xidmətinin (TÜİK) məlumatlarına görə, ölkənin turizm gəliri yanvar, fevral və mart aylarını əhatə edən 2026-cı ilin 1-ci  rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% artaraq 9 milyard 896 milyon 456 min ABŞ dolları olub.

Marja xəbər verir ki, turistlərdən əldə olunan turizm gəliri 9 milyard 694 milyon 574 min dollar, tranzit sərnişinlərdən əldə olunan gəlir isə 201 milyon 883 min dollar olub.

Türkiyəyə səfər edən turistlərin sayı 2026-cı ilin 1-ci rübündə 2025-ci ilin eyni dövrünə nisbətən 1,5% artaraq 9 milyon 258 min 129 nəfər olub. Ziyarətçilərin 25,7%-ni, yəni 2 milyon 376 min 343 nəfəri xaricdə yaşayan vətəndaşlar təşkil edib.

İlk rübdə ölkədə gecələyən turistlərin gecəlik orta xərci 102 dollar olub. Xaricdə yaşayan vətəndaşların gecəlik orta xərci isə 72 dollar təşkil edib.

Seçilən
60
1
marja.az

2Mənbələr