AZ

“Fatima”nın toyu oldu: İzləyiciləri inanmadı - VİDEO

Sosial mediada “Fatima” obrazı ilə tanınan bloger Emin Hüseynov ailə qurub.

"Cebheinfo.az"  xəbər verir ki, toy paytaxtdakı restoranlardan birində keçirilib.

Mərasimə onun yaxın dostları və ailə üzvləri qatılıb.

Emin “Fatima” obrazı ilə instaqram və "TikTok" platformalarında paylaşdığı videolarla geniş izləyici kütləsi qazanıb.

Blogerin toy xəbəri sosial mediada da geniş müzakirə doğurub. İzləyicilərin bir qismi blogeri təbrik edərək ona xoşbəxtlik arzulayıb. Digər tərəfdən, bəziləri Eminin evləndiyinə hələ də inanmadıqlarını bildirib, bunu növbəti zarafat və ya səhnələşdirilmiş video hesab etdiklərini qeyd ediblər.

"Cebheinfo.az"

Seçilən
43
2
cebheinfo.az

3Mənbələr