AZ

İsrail Ordusu Türkiyənin 18 vətəndaşını saxladı

BAKI, 30 aprel. TELEQRAF

İsrail Müdafiə Qüvvələrinin Aralıq dənizində “Qlobal “Sumud” Donanması”na qarşı keçirdiyi əməliyyatlar zamanı 18 Türkiyə vətəndaşı saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Ümumilikdə saxlanılan 21 gəmidə digər ölkələrin vətəndaşları da var.

Donanma 39 ölkədən 58 gəmidən və 345 iştirakçıdan ibarətdir. “Ynet”in məlumatına görə, İsrail Müdafiə Qüvvələri bu gün “Qlobal “Sumud” Donanması”na daxil olan gəmiləri saxlamağa başlayıb. Mənbə bildirib ki, saxlama prosesi davam edir, heç bir insident və ya zorakılıq aktı yoxdur.

Türkiyə Xarici İşlər Nazirliyi bundan əvvəl məsələ ilə əlaqədar İsrailə etiraz edib.

Seçilən
59
teleqraf.com

1Mənbələr