AZ

Geosiyasi gərginlik fonunda Avropada qaz qiymətləri yenidən artdı  

Geosiyasi gərginliklər fonunda Avropada təbii qaz qiymətlərində yenidən artım müşahidə olunur.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazı ətrafındakı qeyri-müəyyənliklər “köhnə qitədə” qaz qiymətlərinə təsirsiz ötüşmür. ABŞ Prezidenti Donald Trampın son bəyanatlarından sonra Avropada təbii qaz fyuçersləri qısa müddət ərzində təxminən 9 faiz artıb. Hazırda isə Niderlandın TTF habında fyuçers müqavilələrində qazın qiyməti meqavat-saat üzrə 47 avro civarındadır.

Ekspertlərin fikrincə, enerji bazarları ABŞ və İran arasında gərginliyin azalması istiqamətində irəliləyişin olmaması və Hörmüz boğazının açılması ilə bağlı qeyri-müəyyənliklər səbəbindən həssas olaraq qalır. Qlobal mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin təxminən 20 faizinin keçdiyi Hörmüz boğazının bağlı qalması enerji təchizatı üçün riskləri artırır və qiymətlərə yuxarı istiqamətli təzyiq göstərir. Bu qeyri-müəyyənliklər, xüsusən də LNG-dən asılı olan Avropa bazarında təchizat təhlükəsizliyi ilə bağlı narahatlıqlar yaradır. Qiymətlərin müharibədən əvvəlki səviyyələrdən yuxarıda qalmasının səbəbi də məhz budur.

Seçilən
29
2
azerbaijan-news.az

3Mənbələr