AZ

"Finalda uduzduğumuzdan bəri ilk dəfədir xoşbəxtəm" - Dieqo Simeone

"Atletiko Madrid" UEFA Çempionlar Liqasının yarımfinalının ilk oyununda "Arsenal"la heç-heçə edib.

Fanat.Az xəbər verir ki, İspaniya nəhənginin baş məşqçisi Dieqo Simeone komandasının oyunu barədə fikirlərini bildirib.

Klubun rəsmi saytı argentinalı mütəxəssisin dediklərini belə çatdırıb: 

"İlk hissə daha sakit keçdi, hərəyə bir şans oldu. İkinci hissədə oyunu daha da gərginləşdirdik. Çünki rəqibin həm Premyer Liqanı, həm də Çempionlar Liqasını qazanmaq ehtiyacından yorulduqlarını görmək olardı.
İkinci hissədə hesabda irəli çıxa bilərdik, amma qapıçıları yaxşı qurtarışlar etdi, bir epizodda isə müdafiəçiləri Qrizmannın zərbəsini dəf etdi.

Bizi qeyri-adi bir sınaq gözləyir: London, "Arsenal"ın stadionu. Ora var gücümüzlə oynamaq üçün gedəcəyik.

Komandamın daha da gücləndiyi göz qabağındadır. Müdafiədə oyunumuzu təkmilləşdirməliyik, çünki sadəcə yaxşı hücum etmək kifayət deyil.

"Kral Kuboku"nun finalında uduzduğumdan bəri ilk dəfədir ki, xoşbəxtəm. Bu atmosferə görə insanlara minnətdarlığımı ifadə edəcək sözüm yoxdur. İndidən həyəcanlandığım fantastik bir sınaq bizi gözləyir".

"Arsenal" və "Atletiko Madrid" arasında cavab oyunu mayın 5-də "Emirates" stadionunda keçiriləcək.

Mirağa

Seçilən
20
fanat.az

1Mənbələr