AZ

Ağdamda Baxşeyiş Paşayevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək

Mayın 1-də Azərbaycanın Milli Qəhrəmanı Baxşeyiş Paşayevin doğum günüdür.

 

Pravda.az xəbər verir ki, qəhrəmanın 90 illik yubiley mərasimi Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Quzanlı qəsəbəsində yerləşən Ağdam Muğam Mərkəzində saat 11:00-da keçiriləcək.

 

Qeyd edək ki, Baxşeyiş Xanəhməd oğlu Paşayev 1936-cı il mayın 1-də Ağdam rayonunun Əhmədavar kəndində anadan olub. Qarabağ müharibəsinin ilk günlərindən döyüşlərə qatılaraq Xramort, Fərrux, Aranzəmin, Naxçıvanik və Xanabad istiqamətlərində gedən döyüşlərdə igidlik göstərib. 1992-ci il iyulun 12-də Xanabad uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub və Ağdam Şəhidlər Xiyabanında dəfn edilib.

Tarix: 30 Aprel 2026, 13:02   
Seçilən
33
1
pravda.az

2Mənbələr