Tehranda yeni ali dini lider Müstəba Xameneyiyə sədaqət yürüşü keçirilib.
“Cebheinfo.az” “İran İnternational” - a istinadən xəbər verir ki, Tehranda minlərlə insanın iştirakı ilə yeni ali rəhbər seçilən Müctəba Xameneyiyə dəstək məqsədi ilə kütləvi yürüş keçirilib.
Yürüş eyni zamanda İmam Rzanın mövlud günü münasibətilə təşkil olunub.
Məlumata görə, aksiya İmam Hüseyn meydanından başlayaraq Azadlıq meydanına qədər davam edib. Yürüşə on minlərlə şəhər sakininin qatıldığı bildirilir.
Nümayişçilər əllərində dövlət bayraqları və dini rəmzlər daşıyaraq yeni liderə sədaqət şüarları səsləndiriblər.
Aksiya zamanı ABŞ və İsrail əleyhinə kəskin şüarlar da səsləndirilib.
Yürüşdə ABŞ Prezidenti Donald Trampın karikaturalarının əks olunduğu plakatlar nümayiş etdirilib. Həmçinin prospekt boyunca İranın hərbi gücünü simvolizə edən raket maketləri də göstərilib.