AZ

Milli Qəhrəman Baxşeyiş Paşayevin 90 illik yubileyi qeyd ediləcək

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

1 may 2026-cı il tarixində Azərbaycanın Milli Qəhrəmanı Baxşeyiş Paşayevin doğum günüdür. Qəhrəmanın 90 illik yubileyi münasibətilə Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quzanlı qəsəbəsində yerləşən Ağdam Muğam Mərkəzində saat 11:00-da tədbir keçiriləcək.Demokrat.az xəbər verir ki, Baxşeyiş Xanəhməd oğlu Paşayev 1936-cı il mayın 1-də Ağdam rayonunun Əhmədavar kəndində anadan olub. Qarabağ müharibəsinin ilk günlərindən döyüşlərə qatılaraq Xramort, Fərrux, Aranzəmin, Naxçıvanik və Xanabad istiqamətlərində gedən döyüşlərdə igidlik göstərib.1992-ci il iyulun 12-də Xanabad uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub və Ağdam Şəhidlər Xiyabanında dəfn edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
1
demokrat.az

2Mənbələr