Bakıda bədii gimnastika üzrə Avropa Kubokuna start verilir.
90deqiqe.Az xəbər verir ki, yarış bu gün saat 12:00-da Milli Gimnastika Arenasında başlayacaq. Turnir ərzində idmançılar həm fərdi, həm də qrup proqramlarında bacarıqlarını nümayiş etdirəcəklər.
Avropa Kubokunda Azərbaycanla yanaşı 30 ölkənin gimnastları və neytral statusda çıxış edən idmançılar mübarizə aparacaqlar.
Qeyd edək ki, yarış mayın 3-də yekunlaşacaq.