AZ

Zelenski Putinin atəşkəs təklifinə BELƏ CAVAB VERDİ

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin 9 May münasibətilə atəşkəs elan etmək təklifinin detallarını araşdırmağı tapşırıb və buna cavab olaraq hərbi əməliyyatların uzunmüddətli əsasda dayandırılmasını təklif edib.

Musavat.com xəbər verir ki, Zelenski bu barədə öz sosial şəbəkə hesablarında məlumat paylaşıb.

Zelenski bildirib ki, nümayəndələrinə ABŞ prezidenti komandası ilə əlaqə saxlamağı və Rusiyanın qısamüddətli atəşkəs təklifinin təfərrüatlarını öyrənməyi tapşırıb: "Konkret nədən söhbət getdiyini aydınlaşdıracağıq: Moskvadakı parad üçün bir neçə saatlıq təhlükəsizlik, yoxsa daha böyük bir addım? Bizim təklifimiz isə atəşin uzunmüddətli dayandırılması, insanlar üçün etibarlı təhlükəsizliyin və qalıcı sülhün təmin edilməsidir. Ukrayna bunun üçün hər hansı layiqli və effektiv formatda işləməyə hazırdır".

Qeyd edək ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov aprelin 29-da Vladimir Putinin ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı zamanı Qələbə Günü ərəfəsində atəşkəs elan etməyə hazır olduğunu dediyini bildirib. Tramp isə öz növbəsində danışığı "çox yaxşı" adlandıraraq, müharibənin "nisbətən tez" bitəcəyinə inandığını və rusiyalı həmkarına qısamüddətli atəşkəs təklif etdiyini vurğulayıb.

Xatırladaq ki, bu il Moskvadakı Qırmızı Meydanda 9 May paradı 2007-ci ildən bəri ilk dəfə hərbi texnikanın iştirakı olmadan keçiriləcək. Kreml bunu Ukrayna tərəfindən gələn "terror təhlükəsi" və ilin yubiley olmaması ilə əsaslandırıb.

Musavat.com

Seçilən
28
13
musavat.com

10Mənbələr