AZ

ÜST rəhbəri: ABŞ təşkilatdan çıxmaq istəyirsə, borcunu ödəməlidir

ABŞ hələ ki Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) olan üzvlük haqqı borclarını ödəməyib.

Ölkə.Az-ın "Xinhua" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın baş direktoru Tedros Adanom Qebreyesus bildirib. O vurğulayıb ki, borcların qaytarılması Vaşinqtonun strukturdan çıxması üçün əsas şərtlərdən biridir.

BMT yanındakı Müxbirlər Assosiasiyasının brifinqində çıxış edən ÜST rəhbəri xatırladıb ki, çıxış proseduru iki mütləq şərti nəzərdə tutur: bir il əvvəlcədən xəbərdarlıq və bütün maliyyə öhdəliklərinin tam yerinə yetirilməsi.

Qebreyesusun sözlərinə görə, o, ABŞ-ın müəyyən edilmiş prosedura uyğun olaraq çıxış prosesi başa çatana qədər borcunu bağlaya biləcəyinə ümid edir.

O, həmçinin xatırladıb ki, 2025-ci ilin yanvarında, vəzifəsinə qayıtdığı ilk gündə ABŞ Prezidenti Donald Tramp ölkənin ÜST-dən çıxması barədə bir illik müddəti nəzərdə tutan rəsmi bildiriş göndərib.

ABŞ tarixən təşkilatın ən böyük donoru olsa da, ÜST rəhbərinin qeyd etdiyi kimi, hazırda Vaşinqtonun borcu ödəyəcəyinə dair hər hansı bir siqnal yoxdur.

Bununla belə, Tedros Qebreyesus problemin maliyyə məsələsindən daha geniş olduğunu vurğulayıb: "Düzünü desəm, məsələ pulda deyil. Söhbət ondan gedir ki, səhiyyə sahəsində qlobal təhlükəsizlik yalnız bütün ölkələrin iştirakı ilə mümkündür. ABŞ-ın çıxışı həm özünü, həm də dünyanın qalan hissəsini daha az təhlükəsiz edir. Bu, hər kəsin uduzduğu bir vəziyyətdir".

"Bizim diqqətimiz pulda deyil. Məqsədimiz ABŞ-a vəziyyəti daha yaxşı anlamağa və qəbul edilmiş qərara yenidən baxmağa kömək etməkdir", — deyə ÜST rəhbəri əlavə edib.

Seçilən
20
50
olke.az

10Mənbələr