AZ

“Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” - Cəfər Namiq Kamal

Xalq artisti Cəfər Namiq Kamal aktrisa Gülçöhrə Abdullayevanın onunla bağlı səsləndirdiyi iddialara cavab verib.

O, Musavat.com-a açıqlamasında bildirib ki, sənət yoldaşının teatrdan uzaqlaşdırılması onunla bağlı olmayıb və bu barədə ilk dəfədir ki, eşidir:

“Gülçöhrə bekar adamdır, özündən belə söz-söhbət yayır. Mən onu son vaxtlar görməmişəm. İşim-gücüm var. Ona ayıb olsun. Qardaşım İlham Namiq Kamala da dedim ki, bu nə biabırçılıqdır, çıxıb danışır. Onlar birgə işləyirlər. İlham dedi ki, onu görəndə biabır edəcək. Mənim adımı çəkib özünü reklam edir, ayıb deyil? Gülçöhrə xanımı “Azdrama”ya heç işə götürməmişdilər, sınaq kimi çağırmışdılar. Daha sonra yer olmadı və işə götürmədilər. İndi Gülçöhrə utanmır? İşə götürülməməyini mənimlə əlaqələndirir”.

Xatırladaq ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Gülçöhrə Abdullayeva illər əvvəl teatrdan uzaqlaşdırılmasına Xalq artisti Cəfər Namiq Kamalla adına söz çıxmasının səbəb olduğnunu iddia edib.

APA TV-nin “Söz arasında” verilişinin qonağı olan 54 yaşlı aktrisa o zamanlar Akademik Dram Teatrda direktor olan Xalq artisti Əlabbas Qədirovla arasında insident yaşandığını bildirib. Onun sözlərinə görə, dedi-qoduların qurbanı olaraq, teatrdan uzaqlaşdırılıb: “Hər şey yaxşı idi. Bir gün gəldim ki, aşağıdan yuxarıya qədər heç kim salamımı almır. Dedilər Ələsgər Məmmədoğlu və Cəfər Namiq Kamalla gəl çəkilişə. Ələsgər yox idi o gün, getdim Cəfərin otağına, dedi əlimdə yazı var, iki dəqiqə gözlə, yazım çıxaq. Gördüm ki, hamısı baxıb deyir ki, “Aa, Cəfərin otağına gedir”.


Mən Cəfər müəllimlə Gənc Tamaşaçılar Teatrında illərlə işləmişəm. Ayrıca otağı da olub. Ailəsini də tanıyıram. Nəyimə lazımdır Cəfər?! Getdim otağına, dedim çıxmalıyıq, birlikdə getdik çəkilişə. Səhəri gün teatra gəlirəm, məni məşq etdirmirlər. Deyirlər “sən lazım deyilsən, səninlə Cəfərin arasında nəsə var”.

Yenə desəydilər ki, İlham Namiq Kamalla münasibətin var, deyərdim ki, o biri teatrda direktorumdur, boylu-buxunlu kişidir, aramız daha yaxındır. Cəfərin mənimlə nə əlaqəsi? Onunla birlikdə teatrdan çıxanda nə olur ki? İndiki vaxtım olardı, deyərdim şəklim var, qapını döymüsünüz, açmamışıq ya qeyri-münasib halda gəlib görmüsüz bizi?O vaxt mənə dedilər ki, “Sən get, teatrdı da, burada ala qarğa bala çıxarmaz. Ara sakitləşsin, səni çağırarıq”.

Şahanə Rəhimli,
Musavat.com

Seçilən
17
4
musavat.com

5Mənbələr