AZ

“Park” nəşriyyatından növbəti kitab: Rəşad Səfərin “Cənubda ən uzun gün” romanı çap olundu

ain.az, Kulis.az portalına istinadən məlumat yayır.

Yazıçı Rəşad Səfərin “Cənubda ən uzun gün” romanı işıq üzü görüb.

Kulis xəbər verir ki, roman “Park” nəşriyyatında çapdan çıxıb.

Əsər mayın 4-dən etibarən kitab mağazalarında satışa çıxarılacaq.

Romanın qəhrəmanı Şahin İsgəndərli Buenos-Ayresdə səfirdir. Ədəbiyyat, karyera və ailə üçbucağının yaratdığı tərəddüdlərdən uzun illər əvvəl xilas olduğunu düşünür. Amma bir gün Bakıdan gələn bir xəbər sakit həyatını, düşüncələrini alt-üst edir. İllərdir qoruyub saxladığı ruhi tarazlığını bundan sonra davam etdirə biləcəkmi? İndiki zamanda baş verənlərin səbəblərini keçmişdə tapmaq mümkün olacaqmı?

Qeyd edək ki, “Cənubda ən uzun gün” romanı müəllifin üçüncü kitabıdır. 2018-ci ildə “Adalar və Gəmilər” hekayələr kitabı, 2022-ci ildə isə “Keçilərin nəğmələri” romanı nəşr olunub.

Xatırladaq ki, romanın redaktoru “Park” nəşriyyatının təsisçisi, şair Şəhriyar Del Gerani, korrektoru “Park” nəşriyyatının baş redaktoru, yazıçı Nadir Yalçın, üz qapağının müəllifi isə rəssam-qrafik Rəsul Həsəndir.

Süni intellektlə hazırlanan saxta və seksual məzmunlu materiallara qadağa

Vatsapda şəkil paylaşmaq əxlaqsızlıqdırmı?

Seyran Səxavətin 80 illiyinə həsr olunan elektron məlumat bazası hazırlandı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
1
kulis.az

2Mənbələr