
“Prezidentləri oğurlayan ölkə effektiv vasitəçi kimi çıxış edə bilməz”.
Missiya.Az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-nin Ukrayna münaqişəsində vasitəçilik etməsi ilə bağlı sualı cavablandırarkən deyib.
O bildirib ki, vasitəçi rolunu mənimsəmək çətin məsələdir:
"Bir çoxları iddia etsələr də, patentləşdirilmiş vasitəçilər yoxdur. Prezidentləri oğurlayan və münaqişələrə başlayan bir ölkənin bütün vəziyyətlərdə effektiv vasitəçi kimi çıxış edə biləcəyini düşünmək ədalətli deyil", - deyə Medvedev vurğulayıb.
Daşqın HəsənovMissiya.Az