AZ

"İranla danışıqlar davam etdirilir" - Tramp

ABŞ Prezidenti Donald Tramp İranla telefon vasitəsilə danışıqların aparıldığını bildirib.

Missiya.Az xəbər verir ki, bu barədə xarici KİV-i məlumat yayıb.

"Artıq hər dəfə bir sənədə baxmaq üçün 18 saatlıq uçuşlar etmirik. Danışıqları telefonla aparırıq",- deyə siyasətçi vurğulayıb.

 

Tramp üzbəüz danışıqlara üstünlük verdiyini əlavə edib və İranın nüvə silahı əldə etmək ambisiyalarından tamamilə imtina etməsindən asılı olan hər hansı potensial razılaşmanın olduğunu təkrarlayıb.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
47
missiya.az

1Mənbələr