Ajans.az xarici mediaya istinadən xəbər verir ki, yanğın nəticəsində evli cütlük həyatını itirib. 60 yaşlı kişi binadan yıxılaraq ölüb, onun həyat yoldaşı isə mənzildə huşsuz vəziyyətdə tapılıb. Daha altı nəfər yüngül xəsarət alıb və tüstüdən zəhərlənib. Hadisə yerində kişiyə məxsus olduğu ehtimal edilən və maliyyə çətinliklərinə işarə edən intihar məktubu aşkar edilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.