
İsrailin Livanın cənubundakı Nəbatiyyə bölgəsinə endirdiyi hava hücumları nəticəsində 9 nəfər ölüb, 13 nəfər yaralanıb.
Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, İsrail Livanda atəşkəsi pozmağa davam edir.
Bildirilib ki, İsrail döyüş təyyarələri səhər saatlarında Nəbatiyyə bölgəsini hədəfə alıb. Cibçit şəhərində bir evə edilən hücumda 3 nəfər ölüb, 7 nəfər yaralanıb. Tuul şəhərində bir yaşayış yerinə edilən hücumda 4 nəfər ölüb, 6 nəfər yaralanıb. Haruf şəhərində isə bir evə edilən hücumda 2 nəfər ölüb.
Qeyd edək ki, İsrail və Livan arasında 17 apreldə başlayan 10 günlük atəşkəs 17 maya qədər uzadılıb. Lakin İsrail ordusu hava hücumları və evlərin sökülməsi ilə hər gün atəşkəsi pozmağa davam edir.
İlahə Qənbərli
Missiya.Az