AZ

"ABŞ "müharibə xərclərini ödəməkdə çətinlik çəkir” fikri sadəlövhlükdür" - İqtisadçı

"Pentaqon deyir ki, ABŞ-ın İrana qarşı əməliyyatlarda xərci 25 milyard dollar olub. “Iran War Cost Tracker” portalı real xərclərin artıq 65 milyard dolları keçdiyini iddia edir. Lap maksimum variantı götürək, xərc 65 milyard dollar olsun. Bəs bu pul ABŞ üçün nə deməkdir?"

"Unikal" xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, ABŞ-ın iqtisadiyyatı təxminən 32 trilyon dollardır.

"Bu il illik hərbi xərci 1 trilyon dolları ötür. 2027-ci ildə isə hərbi üçün 1,5 trilyon dollar ayırmağı düşünürlər. Bu kontekstdə 65 milyard dollar illik hərbi xərclərin təxminən 6-7%-i, ümumi iqtisadiyyatın isə cəmi 0,2%-dir. Odur ki, yerli və qlobal mediada “çox böyük xərc” kimi təqdim olunan bu məbləğ ABŞ kimi maliyyə imkanları olan ölkə üçün idarəolunan və absorb olunan xərcdir. 65 milyard dollar böyük rəqəmdir, amma ABŞ kimi böyük iqtisadiyyatlar üçün yox.

Bir az anlaşılan olsun deyə Azərbaycan manatı ölçüsündə izah edim ki, ABŞ illik hərbi xərcinin hər 100 manatından 6-7 manatını, ÜDM-in hər 100 manatından isə cəmi 20 qəpiyini İranla müharibə üçün xərcləyib. Buna görə bu dövlətin “müharibə xərclərini ödəməkdə çətinlik çəkir” kimi fikirləri tirajlamaq və ya düşünmək sadəlövhlükdür. Bir az da riyazi hesablasaq görərik ki, ABŞ iqtisadiyyatı 65 milyard dolları cəmi 18 saata yaradır. Yəni, söhbət bu dövlətdən gedir".

Seçilən
62
50
unikal.az

10Mənbələr