AZ

Bahar Muradova: Azərbaycanda qadınların iqtisadi fəallığı əhəmiyyətli dərəcədə artıb

Qadın məsələləri sahəsində əldə olunan nəticələr xüsusilə diqqətəlayiqdir.

Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfransda deyib.

O bildirib ki, iqtisadi imkanların genişləndirilməsi, sahibkarlıq fəaliyyətinə cəlb olunma və məşğulluğun artırılması istiqamətində müvafiq tədbirlər nəticəsində qadınların iqtisadi fəallığı əhəmiyyətli dərəcədə artıb.

"Uşaq siyasəti sahəsində də mühüm irəliləyişlər əldə olunub. Hüquqların qorunması, sosial rifahın yaxşılaşdırılması, təhsil və inkişaf imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində uşaqlar artıq cəmiyyət həyatınınfəal və təşəbbüskar üzvlərinə çevrilib. Onların iştirakçılığının artırılmasına əsaslanan layihələr, innovativ təşəbbüslər və sosial proqramlar bu istiqamətdə mühüm rol oynayıb", - o vurğulayıb.

Seçilən
42
teleqraf.com

1Mənbələr