İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei ölkəsində qeyd olunan “Milli Fars Körfəzi Günü” münasibətilə etdiyi çıxışda Birləşmiş Ştatlara qarşı sərt bəyanatlarla çıxış edib. O, Fars körfəzində Amerika qoşunlarının mövcudluğunu regiondakı qeyri-sabitliyin əsas mənbəyi adlandırıb.
NOCOMMENT.az xəbər verir ki, Xamenei Hürmüz boğazı üzərində İranın tam nəzarətinin bölgə xalqlarına sabitlik və fayda gətirəcəyini iddia edib. O, xarici güclərin bölgədə yerinin olmadığını vurğulayaraq, “onlar üçün tək yer suyun dibidir” ifadəsini işlədib.
Ali Rəhbər həmçinin ABŞ Prezidenti Donald Trampın hədəf aldığı nüvə və raket proqramlarını “milli sərvət” adlandıraraq, bu potensialın ölkə sərhədləri kimi qətiyyətlə qorunacağını bildirib. Xameneinin sözlərinə görə, bölgədəki son “aqressiv kampaniyalar” və ABŞ-ın planlarının iflasa uğraması ilə Fars körfəzi və Hürmüz boğazında artıq yeni bir dövr başlayır.
Sara,
NOCOMMENT.az