AZ

Özünü kral elan edən kişi TUTULDU- FOTO

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, Kofi Offe Zimbabvedən olan həyat yoldaşı və ABŞ-dan olan köməkçisi ilə birlikdə Şotlandiyanın Cedburq şəhəri yaxınlığındakı meşəlik ərazidə təxminən altı ay yaşayıb. Onlar burada çadırlar quraraq “Kubala” adlı qondarma krallıq elan ediblər və insanları həmin ərazidə məskunlaşmağa çağırıblar. Rəsmilər bir neçə dəfə onları ərazini tərk etməyə çağırıblar. Ötən ilin oktyabrında Offe vizasının müddətinin bitməsi səbəbilə saxlanılıb. Altı ay sonra o, ölkədən deportasiya edilib. Onunla birlikdə olan qadınlar isə uşaq baxımsızlığı ittihamı ilə saxlanılıblar. Qanaya qayıtdıqdan sonra Offe yenidən ölkədə “idarəetmə” qurmaq niyyətində olduğunu bildirib və tərəfdarlarının ona qoşulacağını iddia edib.

Seçilən
42
1
Ajans.az

2Mənbələr