AZ

Avrozonada inflyasiya 3 faizə yüksəlib

Eurostat (Avropa Statistika Ofisi) Avrozonanın aprel ayına dair inflyasiya üzrə ilkin məlumatlarını açıqlayıb.

Məlumata görə, Avrozonada mart ayında 2,6% olan illik inflyasiya apreldə 3%-ə yüksəlib. İnflyasiya apreldə aylıq müqayisədə isə 1% təşkil edib.

Bazar proqnozu da apreldə illik inflyasiyanın 3% olacağı istiqamətində idi.

Avrozonada apreldə baza inflyasiya illik müqayisədə 2,2%, aylıq müqayisədə isə 0,9% səviyyəsində müəyyənləşib.

Avrozonada apreldə inflyasiyanın əsas komponentlərinə baxıldıqda, ən yüksək illik qiymət artımı 10,9% ilə enerji məhsullarında qeydə alınıb. Ardınca 3% ilə xidmətlər, 2,5% ilə qida, alkoqol və tütün məhsulları, 0,8% ilə isə enerji xaric sənaye məhsulları gəlir.

İnflyasiya apreldə ötən ilin eyni ayı ilə müqayisədə Almaniyada 2,9%, Fransada 2,5%, İtaliyada 2,9% və İspaniyada 3,5% səviyyəsində ölçülüb.

Digər tərəfdən, Avropa Mərkəzi Bankı (European Central Bank (ECB)) üçün Avrozonada inflyasiya hədəfi 2% səviyyəsindədir.

Seçilən
19
1
marja.az

2Mənbələr