AZ

Litva Hörmüz missiyasına qoşulmaq istəyir - Nausedadan ABŞ təşəbbüsünə DƏSTƏK

Litva Prezidenti Gitanas Nauseda ölkəsinin Hörmüz boğazında ABŞ-nin rəhbərlik etdiyi naviqasiya azadlığı missiyasına qoşulmasını dəstəklədiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, prezident bu barədə cümə axşamı çıxışında bildirib.

Məlumata görə, Nauseda qeyd edib ki, sözügedən təşəbbüsü Litvanın müdafiə şurasının müzakirəsinə təqdim edəcək.

Qeyd olunub ki, bu addım regionda dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi və beynəlxalq ticarət marşrutlarının qorunması məqsədi daşıyır.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
41
1
redaktor.az

2Mənbələr