AZ

Xameneinin müşaviri: blokada Qərbin özünə zərbə vuracaq

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İran rəhbərliyinə yaxın şəxs ABŞ-ın mümkün dəniz blokadasının ölkəni zəiflətməyəcəyini, əksinə Qərb dövlətlərinə zərər verəcəyini bildirib.

Modern.az xəbər verir ki, bu barədə Möhsün Möxbər açıqlama verib.

O bildirib ki, ABŞ-ın tətbiq edə biləcəyi dəniz blokadası İranı ciddi şəkildə zəiflətməyəcək:

“Biz dünya neftinin 20%-nə və 18 trilyon kubmetrdən çox qaz ehtiyatına nəzarət etdiyimiz halda, belə blokada İranı geri salmayacaq, amma qlobal dominantlıq sisteminə ciddi zərbə vuracaq”.

Möxbərin sözlərinə görə, bu cür addım dünya gücləri üçün mənfi nəticələr doğura bilər və beynəlxalq enerji balansına təsir göstərə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
modern.az

1Mənbələr