AZ

Anar Əliyev: Ölkədə 2022-ci ildən bu günə qədər 78 uşaq himayədar ailələlərə verilib

Azərbaycanda 2022-ci ildən bu günə qədər 78 uşaq himayədar ailələrə verilib.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti" mövzusunda Bakıda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, onlardan 34-ü oğlan, 44-ü qızdır:

"Himayədar ailə modeli 2022-ci ildən etibarən uğurla tətbiq olunur. Bu institutun inkişafını dəstəkləmək məqsədilə dövlət tərəfindən himayədar ailələrə verilən uşaqlara görə aylıq əsasla 650 manat, ildə bir dəfə olmaqla 800 manatlıq müavinət təsis edilib".

Seçilən
19
2
far.az

3Mənbələr