AZ

“Recepta”: 700 min dollarlıq investisiya və qlobal əməkdaşlıq

ain.az bildirir, Demokrat.az portalına istinadən.

“Startap” şəhadətnaməsi ilə 3 illik vergi güzəştini başa vuran layihələrdən biri də “Recepta”dır. Layihə kağız çekləri fərdiləşdirilə bilən rəqəmsal çeklərlə əvəz etmək məqsədilə yaradılıb.Layihə rəhbəri Fuad Heydərlinin sözlərinə görə, 3 ölkədə təmsil olunan şirkət artıq 700.000 ABŞ dolları investisiya cəlb edib və ciddi nailiyyətlər qazanıb. Onlar dünyanın ən büyük POS-terminal təminatçısı olan “Ingenico” və “Clover” ilə əməkdaşlıq edərək tezliklə Kanada, ABŞ və Meksikada fəaliyyətə başlayacaqlar.F.Heydərli qeyd edib ki, şəhadətnamə biznesin ilkin mərhələdəki xərclərini əhəmiyyətli dərəcədə azaldıb. Vergi güzəşti sayəsində qənaət edilən vəsait isə daha çox layihənin təkmilləşdirilməsinə, marketinq və reklam fəaliyyətlərinə yönəldilib. Həmsöhbətimiz vurğulayıb ki, rəsmi şəhadətnamə layihənin ciddiliyindən və perspektivindən xəbər verir, bu isə investorların və fondların diqqətini çəkən ən mühüm faktorlardan biridir.Teknofest-2022 - “Take off Startup” sammitinin qalibi olan layihə VISA İnnovasiya Proqramına seçilmiş ilk yerli startapdır. Bundan əlavə, AYİB-nin “Star Venture” proqramına Qafqaz regionu üzrə seçilmiş 10 startapdan biridir. Layihə rəhbəri, həmçinin, Puerto Riko dövlətindən qrant almağı və “NVIDIA inception” proqramına da qatılmağı bacarıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
demokrat.az

1Mənbələr