AZ

Nazir: Azərbaycanda məşğul əhalinin 48, muzdla işləyənlərin isə 41 % ni qadınlar təşkil edir

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Ölkədə məşğul əhalinin 48, muzdla işləyənlərin isə 41 %-ni qadınlar təşkil edir.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti" mövzusunda Bakıda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanda qadınların əmək bazarına inteqrasiyasının gücləndirilməsi məqsədilə onların aktiv məşğulluq tədbirlərində iştirak payı illər üzrə artmaqdadır:

"2016-cı ildən nazirlik tərəfindən icra edilən Özünüməşğulluq proqramına cəlb olunmuş 113 min nəfərdən 31 %-ni (35 min) qadınlar təşkil edir və son illərdə özünüməşğulluq proqramına cəlb olunanların tərkibində qadınların payı daha da artmaqdadır. Təkcə 2026-cı ilin üç ayı ərzində proqrama cəlb olunan 228 nəfərin yarıdan çoxunu qadınlar təşkil edir".

Nazir onu da əlavə edib ki, 2018-ci ildən etibarən, peşə hazırlığına cəlb edilmiş 59 mindən çox şəxsin 61 %-ni (36 min nəfər) qadınlar təşkil edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
4
cebheinfo.az

5Mənbələr